• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Netanyahu: İran iki dəfə Trampı öldürmək istəyib

DÜNYA

14 Iyun 2025 | 23:36 | Müəllif: Subhan Mahmudov

Netanyahu: İran iki dəfə Trampı öldürmək istəyib

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.

O, İsrailin İrana qarşı hərbi əməliyyatı zamanı Yaxın Şərqdə və onun hüdudlarından kənarda azadlığı müdafiə etdiyini bildirib.

"Hazırda biz terrorçulara hücum edərkən İran dinc ərazilərimizi bombalayır. Bu, xəbər deyil. Onlar prezident Trampa iki dəfə sui-qəsd etmək istəyiblər. Amerika səfirliklərini bombalayıblar. Beyrutda (1983-cü ildə - red.) ABŞ-nin 241 dəniz piyadasını öldürüblər, İraq və Əfqanıstanda kustar üsulla hazırladıqları partlayıcılarla minlərlə amerikalını öldürüb və yaralayıblar", - Netanyahu qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026