• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Moskvada güclü yağış və dolu fəlakətə səbəb oldu

DÜNYA

14 Iyul 2025 | 22:48 | Müəllif: Əli Hüseynov

Moskvada güclü yağış və dolu fəlakətə səbəb oldu

Moskva bölgəsində güclü yağış və dolu fəlakətə səbəb oldu – Dörd ev ildırım nəticəsində alışdı.

Bakıvaxtı.az xəbər verir ki, iyulun 14-də Moskva vilayətində güclü yağış və dolu müşahidə olunub. Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, ildırımın düşməsi nəticəsində azı dörd evdə yanğın baş verib, bir sıra küçələri su basıb.

Kadrlarda su basmış binaların girişləri, dolunun zədələdiyi avtomobillər və alovlanan evlər əks olunub. Güclü yağış bölgənin müxtəlif hissələrində nəqliyyatın hərəkətinə də çətinlik yaradıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə idarəsi bu günün əvvəlində sakinləri xəbərdar etmişdi ki, gün ərzində şiddətli yağış və dolu davam edəcək.

Hazırda bölgədə fövqəladə xidmətlər hadisənin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026