Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Qahirədə Misir Baş Kəşfiyyatının rəhbəri Həsən Rəşid ilə görüşdə Qəzza zolağında atəşkəs və barışıq danışıqlarının tezliklə bərpa olunmasında maraqlı olduğunu bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Al Qahera News” telekanalına Misirin rəsmi mənbəsi məlumat verib.
“HƏMAS görüş zamanı atəşkəs və barışıq danışıqlarının tezliklə bərpa olunmasında maraqlı olduğunu bildirib”, - o deyib.