• Bakı 23° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Almaniya Ukraynaya 500 milyon dollar ayırır

DÜNYA

13 Avqust 2025 | 21:23

Almaniya Ukraynaya 500 milyon dollar ayırır

Almaniya NATO-nun yeni “Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısının” (Prioritised Ukraine Requirements List, PURL) təşəbbüsü çərçivəsində Ukraynaya ABŞ-dən alınacaq avadanlıq və sursatlar üçün də nəzərdə tutulan 500 milyon dollarlıq hərbi yardım paketini elan edib.

Bu barədə Bakıvaxtı.az NATO-nun mətbuat xidmətinə istinadən xəbər verir.

NATO-nun Baş katibi Mark Rutte bu qərarı Almaniyanın Ukraynanın müdafiəsinə sadiqliyinin təsdiqi kimi dəstəkləyib.

“Almaniyanın növbəti dəstək addımını qeyd etmək istərdim. Almaniya Avropada Ukraynaya ən böyük hərbi yardım donorudur və bugünkü elan onların Ukrayna xalqına öz azadlığını və suverenliyini müdafiə etməkdə kömək etməyə hazır olduğunu bir daha vurğulayır”, - Rutte əlavə edib.


SON XƏBƏRLƏR