• Bakı 23° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

FED-in növbəti rəhbəri vəzifəsinə namizədlərin siyahısı azaldılıb

DÜNYA

13 Avqust 2025 | 22:11

FED-in növbəti rəhbəri vəzifəsinə namizədlərin siyahısı azaldılıb

Federal Ehtiyat Sisteminin (FED) növbəti sədri vəzifəsinə namizədlərin siyahısı azaldılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Bundan əvvəl CNBC məlumat vermişdi ki, ABŞ administrasiyası Amerika Mərkəzi Bankının rəhbəri vəzifəsinə ümumilikdə 11 namizədi nəzərdən keçirir.

Federal Ehtiyat Sisteminin hazırkı rəhbəri Cerom Pauelin səlahiyyətləri 2026-cı ilin mayında başa çatır. KİV-də yazıb ki, Pauelin yürütdüyü siyasətdən narazı qalan Tramp hələ sentyabr-oktyabr aylarında, hətta bu ilin yayında öz varisinin adını çəkməyi düşünür. Bu, olduqca tezdir, çünki FED-in gələcək rəhbəri adətən əvvəlkinin səlahiyyətlərinin bitməsinə üç-dörd ay qalmış elan edilir.

Tramp çərşənbə günü jurnalistlərə bildirib ki, o, yeni FED rəhbərini həmişəkindən bir az tez açıqlayacaq. O, FED-in faiz dərəcəsinin indikindən 3-4 faiz bənd aşağı olmasını düşünür. FED ötən ilin dekabrından bu yana uçot dərəcəsini 4,25-4,5 faiz aralığında saxlayıb.


SON XƏBƏRLƏR