• Bakı C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Kanada bəzi ABŞ mallarını altı ay müddətinə rüsumdan azad edəcək

DÜNYA

16 Aprel 2025 | 00:47

Kanada bəzi ABŞ mallarını altı ay müddətinə rüsumdan azad edəcək

Kanada hökuməti bəzi Amerika mallarına tariflərə altı aylıq fasilə tətbiq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kanadanın maliyyə naziri Fransua-Filip Şampanın bəyanatında bildirilib.

“Hökumət Kanada istehsalında, qida və içkilərin emalı və qablaşdırılmasında istifadə olunan, habelə ictimai sağlamlığı, ictimai təhlükəsizliyi və milli təhlükəsizlik maraqlarını dəstəkləmək üçün istifadə olunan mallar üçün ABŞ-dən idxal edilən malları müvəqqəti olaraq - altı ay müddətinə rüsumlardan azad etmək niyyətindədir”, - bəyanatın mətnində deyilir.

Bundan əlavə, rəsmi Ottava CUSMA ticarət sazişinə (ABŞ, Meksika və Kanada arasında üçtərəfli saziş - red.) uyğun gələn və ölkəyə idxal edilən ABŞ avtomobilləri və onların ehtiyat hissələrini tariflərdən müvəqqəti azad edəcək. Şampan vurğulayıb ki, bu cür addımlar Kanadada avtomobil istehsalını qorumağa kömək edəcək.


SON XƏBƏRLƏR

15 Aprel 2025