• Bakı C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

UEFA Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinalda

İDMAN

16 Aprel 2025 | 01:10

UEFA Çempionlar Liqası: Barselona və PSJ yarımfinalda

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla da ilk 2 yarımfinalçının adına aydınlıq gəlib.

"Aston Villa" (İngiltərə) PSJ-ni (Fransa) qəbul edib. Birmingem təmsilçisi oyunda 3:2 hesablı qələbə qazansa da, ilk görüşdə 1:3 hesabı ilə uduzduğu üçün mərhələ adlayan tərəf Paris klubu olub.

"Barselona" (İspaniya) isə 1 həftə əvvəl 4 cavabsız qolla qalib gəldiyi "Borussiya" (Dortmund, Almaniya) səfərinə çıxıb. "Borussiya" qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Lakin Kataloniya təmsilçisi ilk matçdakı üstünlüyü sayəsində adını yarımfinala yazdırıb. 

1/2 finalda PSJ "Arsenal" (İngiltərə) - "Real" (İspaniya) cütünün güclüsü ilə, "Barselona" isə "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) duelinin qalibi ilə qarşılaşacaq.

15 aprel

23:00. "Aston Villa" (İngiltərə) - PSJ (Fransa) - 3:2

Qollar: Tilmans, 34, Makginn, 55, Konsa, 58 - Hakimi, 11, Mendeş, 28

İlk oyun - 1:3

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) - 3:1

Qollar: Girassi, 11-pen; 49, 76 - Bensebaini, 54-avtoqol

İlk oyun - 0:4

16 aprel

23:00. "Real" (İspaniya) - "Arsenal" (İngiltərə)

23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya)

Yarımfinal cütləri: 

"Arsenal" (İngiltərə) - "Real" (İspaniya)  / PSJ (Fransa)

"Bavariya" (Almaniya) - "İnter" (İtaliya) / "Barselona" (İspaniya)


SON XƏBƏRLƏR

15 Aprel 2025