• Bakı C

    16.24 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Mbappenin cəzası bəlli oldu

İDMAN

16 Aprel 2025 | 00:54

Mbappenin cəzası bəlli oldu

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe İspaniya çempionatının 31-ci turunun "Alaves"lə oyununda kobud qayda pozuntusuna yol verdiyi üçün əlavə diskvalifikasiyadan yayınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, birbaşa qırmızı vərəqə alan forvard yalnız bir oyunu buraxacaq - "Atletik"lə. Oyun aprelin 20-də baş tutacaq.

Mbappenin 3 oyunluq cəzalandırılması gözlənilsə də, İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsi bunu bir oyunla məhdudlaşdırmaq qərarına gəlib. Buna uyğun olaraq, forvard aprelin 26-da İspaniya kubokunun final oyununda “Barselona”ya qarşı oynaya biləcək.

Xatırladaq ki, aprelin 13-də Mbappe "Alaves"lə matçda kobud oyuna görə ilk qırmızı vərəqəsini alıb. Fransız futbolçu Antonio Blankonun baldır nahiyəsinə güclü zərbə vurmuşdu. 

Matçdan sonra Blanko bildirib ki, Mbappe kobudluğuna görə üzr istəyib.


SON XƏBƏRLƏR

15 Aprel 2025