• Bakı C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

"Mavi balina"nın yaradıcısı həbs olundu - VİDEO

DÜNYA

16 Aprel 2025 | 01:02

Mavi balinanın yaradıcısı həbs olundu - VİDEO

Rusiyanın Novosibirsk vilayətində "Mavi balina" kanalının yaradıcısı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az bildirir ki, ictimai səhifə yaratmaqda təqsirləndirilən İlya Poqiblov Cinayət Məcəlləsinin 2 maddəsi ilə təqsirli bilinib: özünü öldürmə həddinə çatdırma və internetdə bir qrup şəxs tərəfindən yetkinlik yaşına çatmayanları intihara sövq etmə.

Müstəntiqlərin fikrincə, 2023-cü ildə başqalarının ölümündə patoloji marağı olan Poqiblov "Mavi balina" ictimai kanalı vasitəsilə sosial şəbəkələrdə ünsiyyət quraraq, potensial qurbanları "zəruri olan bir sıra ixtisaslaşdırılmış tapşırıqları yerinə yetirməyə" təşviq edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığından cinayət əməlini törətməyə vaxtı olmayıb.

Poqiblov 4 il internet saytının idarə olunması ilə bağlı fəaliyyətlə məşğul olmaq qadağan edilməklə 9 il müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum edilib. /lent.az


SON XƏBƏRLƏR

15 Aprel 2025