• Bakı 24° C

    4.4 m/s

Mbappe o hərəkətinə görə üzr istəyib

İDMAN

14 Aprel 2025 | 21:49 | Müəllif: Subhan Mahmudov

Mbappe o hərəkətinə görə üzr istəyib

“Alaves”in yarımmüdafiəçisi Antonio Blanko “Real”ın hücumçusu Kilian Mbappenin La Liqanın 31-ci turunda keçirilən oyunda ona qarşı kobud oynamasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Blanko AS nəşrinə açıqlamasında fransalı futbolçunun ondan üzr istədiyini bildirib:

“Düzünü desəm, kifayət qədər ağır zərbə oldu, amma futbolda belə şeylər baş verir. Kilian üzr istədi, əsas da budur. Buna çox əhəmiyyət verməyə ehtiyac yoxdur”. 

Xatırladaq ki, Mbappe matçın 38-ci dəqiqəsində rəqib futbolçunun baldırına açıq ayaqla zərbə endirib.

VAR-a baxıldıqdan sonra Mbappe qırmızı vərəqə ilə meydandan qovulub. 

Qeyd edək ki, Antonio Blanko 2023-cü ilin yayında “Real”dan “Alaves”ə keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026