• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır

İDMAN

15 Aprel 2025 | 09:30

Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 15:00-da start götürəcək. Saat 17:00-da isə “Milli Aviasiya Akademiyası” ilə "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.


SON XƏBƏRLƏR