• Bakı 12° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Formula-1 üzrə Avstraliya Qran-prisinin qalibi bəlli oldu

İDMAN

16 Mart 2025 | 11:22

Formula-1 üzrə Avstraliya Qran-prisinin qalibi bəlli oldu

Formula-1 üzrə Avstraliya Qran-prisinin qalibi "Maklaren"in pilotu Lando Norris olub.

Bakıvaxtı.az xəbər verir ki, Melbrunda baş tutan yarışda ingiltərəli pilot 1 dəqiqə 27,126 saniyə fərqlə finişə hamıdan tez çatıb.

İkinci yeri "Red Bull"dan niderlandlı Maks Ferstappen, üçüncü yeri isə "Mersedes" komandasından Corc Rassel tutub.

6 pilot - Qabriel Bortoleto ("Sauber"), Liam Louson ("Red Bull"), Fernando Alonso ("Aston Martin"), İsak Hacar ("Racing Bulls"), Cek Duen ("Alpine") və Karlos Sayns ("Uilyams") isə yağışlı hava şəraitinə görə finişə çata bilməyib.

Qeyd edək ki, L.Norris ötən gün Qran-pridə sıralama turunu da birinci pillədə bitirmişdi.


SON XƏBƏRLƏR

15 Mart 2025