• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

U-17 millimiz ilk oyununda məğlub oldu

İDMAN

14 Aprel 2025 | 17:46

U-17 millimiz ilk oyununda məğlub oldu

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki ilk oyununda məğlub olub.

Bakıvaxtı.az xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

“Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli turnirdə növbəti matçlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.


SON XƏBƏRLƏR

15 Aprel 2025