• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Modriç "Suonsi"nin sahiblərindən biri olacaq

İDMAN

14 Aprel 2025 | 17:38

Modriç Suonsinin sahiblərindən biri olacaq

İspaniyanın "Real" (Madrid) və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç İngiltərənin Çempionşip təmsilçisi "Suonsi"nin sahiblərindən biri olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.

Mənbənin sözlərinə görə, artıq sövdələşmə razılaşdırılıb və 39 yaşlı futbolçu Uels klubunun sahiblərindən birinə çevriləcək.

Sözgüedən müqavilə Modriçin "Real"dakı çıxışına təsir göstərməyəcək və o, peşəkar karyerasına davam edəcək.

Qeyd edək ki, "Suonsi" Çempionşipdə 54 xalla 12-ci sırada yer alıb.


SON XƏBƏRLƏR

15 Aprel 2025