"Bavariya" klubunun keçmiş prezidenti Frits Şerer Münhendə 86 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.
Şerer klubun rəhbərliyində 30 ildən çox işləyib, xəzinədar (1979-1985), prezident (1985-1994) və vitse-prezident (1994-2012) vəzifələrində çalışıb.
1987-ci ildə "Bavariya" ilə 10-cu çempionluq kubokunu qazanaraq bu göstəricidə rekordçu olub.
Qeyd edək ki, "Bavariya" 33 dəfə ölkə çempionu, 20 dəfə milli kubokun, 6 dəfə isə Çempionlar Liqasının qalibi olub. Klub həmçinin 2 dəfə Klublararası Dünya Çempionatını qazanıb.