• Bakı 11° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

"Neftçi" "Səbail"i məğlub etdi

İDMAN

16 Mart 2025 | 19:09

Neftçi Səbaili məğlub etdi

Misli Premyer Liqasının XXVII turunda "Neftçi" səfərdə "Səbail"i məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, “ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Neftçi"nin heyətində Filip Ozobiç (17) və Elvin Camalov (29) fərqləniblər. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu - onuncudur.

Turun son matçı bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" (1:1), "Kəpəz" "Qarabağ" (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb.


SON XƏBƏRLƏR

16 Mart 2025
15 Mart 2025