• Bakı 13° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Stolüstü tennisçilərimiz beynəlxalq turnirin qalibi oldular

İDMAN

14 Fevral 2025 | 22:52 | Müəllif: Subhan Mahmudov

Stolüstü tennisçilərimiz beynəlxalq turnirin qalibi oldular

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində uğurlu çıxış ediblər.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçilərimiz U-15 kateqoriyasında qarışıq-qoşa yarışında finalda oynayıblar.

Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada tennisçilərimiz türkiyəli rəqiblərinə 3:2 hesabı ilə qalib gələrək, çempion tituluna sahib çıxıblar.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli cütü yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” turnirində qarışıq-qoşa yarışlarında bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026