• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avropa Superliqasının adı dəyişir

İDMAN

17 Dekabr 2024 | 18:51 | Müəllif: Subhan Mahmudov

Avropa Superliqasının adı dəyişir

Avropa Superliqası rəsmi olaraq yeni adla fəaliyyət göstərəcək.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, turnir Birləşmiş Liqa adlanacaq.

Yarış 4 - "Ulduz", "Qızıl", "Mavi" və "Ümumi" liqadan ibarət olacaq. Birləşmiş Liqa təşkilatçıları artıq UEFA-dan turnirin keçirilməsi üçün rəsmi icazə istəyiblər.

Qeyd edək ki, əvvəlcə Superliqa layihəsinə Avropanın 12 nəhəng komandası qoşulmuşdu. Lakin FİFA və UEFA-nın sanksiya təhdidindən sonra klublar geri addım atıblar. Hazırda UEFA və FIFA-ya tabe olmayan Avropa Superliqası layihəsindən yalnız İspaniyanın "Real" və "Barselona" klubları ayrılmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026