• Bakı C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Rafael Ağayev iclaslara niyə çağırılmır? - Federasiyadan CAVAB

İDMAN

16 Yanvar 2025 | 16:41

Rafael Ağayev iclaslara niyə çağırılmır? - Federasiyadan CAVAB

Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb. Bu barədə o, “Sportlife TV” kanalına müsahibəsində bildirib.

“Mən təkcə bu vəzifəyə təyin olunduğum günü xatırlayıram. Ondan bu yana 7-8 aydır ki, heç bir iclasa çağırılmamışam. Ona görə ay sonuna qədər vəzifəmdən ayrılacam. Bunun səbəbi çoxdur. Hansısa işləri görə bilərdim, milli komandaya xeyrim dəyərdi. Amma görünür ki, ehtiyac yoxdur. Dünyada və Azərbaycanda karate deyiləndə yada düşən insanlardanam. Sadəcə ad olaraq vitse-prezident kimi qalmağı istəmirəm”, - o qeyd edib.

Qeyd edək ki, R.Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olduğunu deməsi diqqət çəkib. Fedrasiyanın saytında vitse-prezidentlər arasında onun adı qeyd edilməyib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev Modern.az-a açıqlamasında bildirib ki, Rafael Ağayev AKF-nin deyil, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidentidir.

O qeyd edib ki, əvvəllər Azərbaycanda çoxsaylı federasiyalar var idi:

“Buna görə qərar verildi ki, hər idman növü üzrə bir federasiya yaradılsın. 1992-ci ildə biz - yəni Füzuli Musayev, Ülvi Quliyev, Əhməd Hətəmov, Mirəli Seyidov, Yaşar Bəşirov və digərləri ilə Azərbaycan Karate-Do Federasiyası yaratdıq. 1997-ci ildə federasiyaların sayının artmasından sonra vahid Azərbaycan Karate Federasiyalar Assosisasiyası formalaşdı. Bura çoxsaylı federasiyalar daxil idi. Qanunda isə hər idman növü üzrə 1 federasiya nəzərdə tutulurdu. İndi də bu tətbiq olunub. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən çoxsaylı federasiyalar var, amma onların heç biri Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçməyib. Ona görə də rəsmi faəliyyət göstərə bilməzlər”.

Füzuli Musayev qeyd edib ki, Azərbaycan Karate Federasiyasının tərkibində 6 federasiya fəaliyyət göstərir:

“Onlardan biri də Azərbaycan Milli Karate Federasiyasıdır. Amma o da digər federasiyalar kimi bizdə üslub olaraq qeydə alınıb. Həmin ictimai birliyə də Yaşar Bəşirov rəhbərlik edir. Bizim çox hörmətli idmançımız, fəxrimiz, mənim tələbəm Rafael Ağayev çıxışlarında idmançı karyerasını bitirəcəyini və federasiyada çalışmaq istədiyini bildirdi. Ona baş məşqçi kimi fəaliyyət göstərmək təklif edildi, ancaq müəyyən səbəblərdən istəmədi. Ona Milli Karate Federasiyasında vitse-prezident kimi qalmaq təklif edildikdə qəbul etdi. Federasiya bu gün bizim tərkibimizdədir. Onun rəhbəri Yaşar Bəşirov iclas keçirəndə Rafael Ağayevi çağırar, ya çağırmaz, ona biz heçnə edə bilmərik. Rafael Ağayev bizim öz federasiyamızın tədbirlərində dəvət edilir. İclaslarımızda isə ancaq rəhbərlik və üzvlərimiz iştirak edir. Buraya heç kim dəvətlə çağırılmır, ümumi elan olunur və hamı iştirak edir. Rafael Ağayev istefa vermək istəyirsə, bu şəxsi qərarıdır. Amma mən heç vaxt onun ayrılmasını istəməzdim . Biz danışanda dedim ki, Rafael, görüşərik. Mən düşünürəm ki, Rafael kimi idmançını, karatemizin simasını heç vaxt heç kim itirmək istəməz. Çünki Rafael dünyada tanınmış idmançıdır. Onun hər zaman yanımızda yeri var, düşünürəm ki, bunların hamısı düzələcək. Biz Allahın köməkliyi ilə ondan faydalı istifadə edəcək, Azərbaycanın gələcək karateçilərini də Rafaellə birgə yetişdirəcəyik”.


SON XƏBƏRLƏR