• Bakı C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

"Spartak" "Beşiktaş"ın futbolçusu üçün 25 milyon təklif edib

İDMAN

15 Fevral 2025 | 13:31

Spartak Beşiktaşın futbolçusu üçün 25 milyon təklif edib

"Beşiktaş"ın portuqaliyalı futbolçusu Jedson Fernandeş "Spartak"a (Moskva) keçməyə razılıq verib.

Bakıvaxtı.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya klubu oyunçuya ildə 4 milyon avro məvacib təklif edib.

"Spartak" 26 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, J.Fernandeş 2022-ci ilin yayından "Beşiktaş"da çıxış edir. O, komandanın heyətində müxtəlif turnirlərdə 114 oyun keçirib, 14 qola və 15 məhsuldar ötürməyə imza atıb. Fernandeş "Beşiktaş"ın heyətində Türkiyə Kuboku və Super Kubokunu qazanıb.

"Spartak" Rusiya Premyer Liqasının turnir cədvəlində 18 turdan sonra 37 xalla üçüncü pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR

18 Fevral 2025