Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, federasiya 2002-ci ildə yaradılıb. 2023-cü ilin sentyabr ayında struktur dəyişikliyindən sonra Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev federasiyanın sədri seçilib.
Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.