İngiltərənin "Çelsi" klubu yayda 7-8 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi maliyyə yükünü azaltmaq və yeni oyunçular almaq niyyətindədir.
"Zadəganlar" üçün prioritet hücumçu transferidir.
Satışa çıxarılanlar isə əsasən icarədəki futbolçular olacaq. "Aston Villa"nın formasını geyinən Aksel Disasi, "Bornmut"da çıxış edən Kepa Arrisabalaqa və Almaniya təmsilçisi "Borussiya"nın (Dortmund) formasını geyinən Karni Çukvuemeka klubun planlarına daxil deyil.
Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 49 xalla beşinci pillədə qərarlaşıb.