• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Neftçi" və "Kəpəz"i azarkeşlərinə görə cəzalandırıldı

İDMAN

16 Aprel 2025 | 13:40

Neftçi və Kəpəzi azarkeşlərinə görə cəzalandırıldı

AFFA "Neftçi" və "Kəpəz"i azarkeşlərinə görə cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Gəncə klubu 500 manat cərimələnib.

“Neftçi” – “Zirə” oyununda isə azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klubu 2000 manat ziyana düşüb. Həmçinin "Ağ-qaralar"ın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

İntizam Komitəsi "Şamaxı"nın fotoqrafını da cəzalandırıb. Buna səbəb klub əməkdaşının "Sumqayıt"la matçda zonalar üzrə qaydanı pozması olub. "Sumqayıt” fotoqrafın hərəkətinə görə 500 manat cərimə ödəməli olacaq.


SON XƏBƏRLƏR

18 Aprel 2025