• Bakı 15° C

    9.09 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Alveş Rusiyada çıxış edə bilər

İDMAN

16 May 2025 | 11:10

Alveş Rusiyada çıxış edə bilər

Braziliya millisinin sabiq futbolçusu Dani Alveş Rusiyada çıxış edə bilər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, ölkədə müxtəlif sahələr üzrə məşhur simaların iştirak etdiyi komandalardan ibarət Medialiqanın bir neçə klubu müdafiəçi ilə danışıqlara başlayıb.

Bu barədə yarışın prezidenti Nikolay Osipov məlumat verib. O, futbolçunun klublardan biri ilə bir illik müqavilə imzalaya biləcəyini deyib. Prezident Alveşin hansı komandada oynayacağına yaxın iki həftə ərzində aydınlıq gələ biləcəyini vurğulayıb.

Qeyd edək ki, 42 yaşlı veteran futbolçunun son klubu Meksika təmsilçisi "Pumas" olub. Buna qədər o, Braziliyanın "Bahia", "San Paulu", İtaliyanın "Yuventus", Fransanın PSJ, İspaniyanın "Sevilya" və "Barselona" klublarında çıxış edib. O, 43 kubokla tarixin ən çox titul qazanan futbolçularındandır. Altı dəfə İspaniya, iki dəfə Fransa, İtaliya çempionu olmuş D.Alveş Çempionlar Liqasının və UEFA Superkubokunun üçqat, UEFA Kubokunun ikiqat qalibi olub. O, Braziliya millisinin tərkibində iki dəfə Konfederasiyalar Kubokunu (2009, 2013) və Amerika Kubokunu (2007, 2019) qazanıb, həmçinin Olimpiya çempionu (2021) olub.

2023-cü il yanvarında gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilən Dani Alveş ötən ilin martında bəraət alıb.


SON XƏBƏRLƏR