• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Büdcənin 25 faizi Neymara xərclənir

İDMAN

16 May 2025 | 11:32

Büdcənin 25 faizi Neymara xərclənir

Braziliyanın "Santos" klubu illik büdcəsinin 25 faizini Neymara xərcləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb.

33 yaşlı hücumçu ayda 3.3 milyon avro qazanır.

Neymar öz adının olduğu köynəklərin satışından əldə olunan gəlirin 75 faizinə sahib çıxır. Forvard üçün stadionda 3 VİP loja ayrılıb. Oyunçuya, ailəsinə və dostlarına təyyarələrdə uçuşlar, eləcə də məşhur otellərdə yerləşmək haqqı ödənilir.

Qeyd edək ki, 2025-ci ilin yanvarında Braziliya təmsilçisinə qayıdan Neymar bu klubun yetirməsidir. O, komandada 9 oyun keçirib və 3 qol vurub.


SON XƏBƏRLƏR

20 Noyabr 2025