Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Seru Qirassi UEFA Çempionlar Liqasında (ÇL) rekorda imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, 29 yaşlı hücumçu buna İspaniya təmsilçisi "Barselona"ya qalib gəldikləri (3:1) 1/4 final mərhələsinin cavab matçında nail olub.
Het-trik edən qvineyalı forvard cari mövsüm turnirdə 13 dəfə fərqlənib. O, afrikalı oyunçular arasında ÇL-də bir mövsümdə vurduğu qollara görə rekordçudur.
S.Qirassi Dortmund klubunun sabiq futbolçusu Sebastyan Allenin (2021/2022 - 11 qol) nailiyyətini geridə qoyub.
Qeyd edək ki, səfərdə "Barselona"ya dörd cavabsız qolla uduzan "Borussiya" Çempionlar Liqası ilə vidalaşıb.