• Bakı 15° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Heydər Əliyev Beynəlxalq Aeroportu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

CƏMİYYƏT

17 Mart 2025 | 15:38

Heydər Əliyev Beynəlxalq Aeroportu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Heydər Əliyev Beynəlxalq Aeroportu, qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə, 20-31 Mart 2025-ci il tarixlərində fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, bayram mövsümündə sərnişin axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, xidmət keyfiyyətinin və operativliyin təmin edilməsi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçiriləcək. Xüsusilə, qeydiyyat, təhlükəsizlik yoxlanışı və baqaj emalı kimi əsas xidmət sahələrində iş proseslərinin optimallaşdırılması üçün əlavə işçi heyəti cəlb olunacaq.

“Sərnişinlərə səfərlərini öncədən planlaşdırmaq, hava limanına uçuşdan ən az 2 saat əvvəl gəlmək və uçuş cədvəlləri ilə bağlı yenilikləri müvafiq aviaşirkətlərin rəsmi mənbələrindən izləmək tövsiyə edilir” - məlumatda qeyd edilir.

 


SON XƏBƏRLƏR