• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

ADSEA: "Bağırov" körpüsünün altında yığılan su kənarlaşdırılıb

CƏMİYYƏT

16 Aprel 2025 | 14:48

ADSEA: Bağırov körpüsünün altında yığılan su kənarlaşdırılıb

Dünəndən yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində, o cümlədən “Bağırov” körpüsünün altında su yığılması müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazidə suyun çəkilməsi ilə bağlı ADSEA, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən birgə tədbirlər həyata keçirilib.

İşlər intensiv şəkildə və sürətlə aparılıb. Hazırda “Bağırov” körpüsünün altındakı tüneldə su yığıntısı tamamilə aradan qaldırılıb və ərazidə nəqliyyatın hərəkətinə icazə verilir.


SON XƏBƏRLƏR

18 Aprel 2025