"Çin heç vaxt Ukraynadakı münaqişə tərəflərinin heç birinə silah tədarük etməyib".
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin müvafiq ittihamları əsassızdır:
"Çin heç vaxt münaqişədə hər iki tərəfə öldürücü silahlar verməyib və ikili təyinatlı məhsulların ixracına həmişə ciddi nəzarət edib. Çin əsassız ittihamlara və siyasi manipulyasiyalara qəti şəkildə qarşı çıxır. Pekin böhranın diplomatik həllinə tərəfdardır".
Gülşən Şərif