Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, onlar Papa XIV Leonun taxta çıxma mərasimi zamanı qarşılaşıblar.
Siyasətçilər görüş zamanı bir-birlərinin əlini sıxıblar.
Xatırladaq ki, Zelenski ilə Vens arasında son görüş bu ilin fevral ayında Ağ Evdə baş tutub. Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri arasında keçirilən görüş zamanı prezidentlər Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb.
Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib.