• Bakı 25° C

    12.3 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Ərdoğan: Regionun təhlükəsizliyi risk altındadır

DÜNYA

17 Iyun 2025 | 15:18

Ərdoğan: Regionun təhlükəsizliyi risk altındadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığı zamanı İsrail-İran müharibəsini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti İsrailin İrana hücumları ilə başlayan gərginliyin bütün regionun təhlükəsizliyini risk altına qoyduğunu və bölgənin başqa bir müharibəyə dözə bilməyəcəyini qeyd edib.

R.T.Ərdoğan, həmçinin diplomatik əlaqələr vasitəsilə münaqişələri sonlandırmaq üçün çalışdıqlarını vurğulayıb: "İranla nüvə mübahisəsinin həlli danışıqlar masasına qayıtmağı tələb edir".


SON XƏBƏRLƏR

09 Avqust 2025