• Bakı 21° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

"CBS News": Dövlət Departamentinin kütləvi ixtisarı xaosa səbəb olub

DÜNYA

17 Iyul 2025 | 13:27

CBS News: Dövlət Departamentinin kütləvi ixtisarı xaosa səbəb olub

Dövlət Departamentində kütləvi ixtisarlar agentliyin bəzi departamentlərinin işində xaosa və fasilələrə səbəb olub.

Bakıvaxtı.az "CBS News"a istinadən xəbər verir ki, ixtisar əvvəllər ştatlarının ixtisar edilməsi planlaşdırılmamış şöbələrə də təsir edib. 

Belə ki, bəzi şöbə müdirləri idarələrinin ixtisar olunan işçilərinin siyahılarını şəxsən öyrənməli olublar. Bundan əlavə, ezamiyyətdə olan bir çox işçi gözlənilməz şəkildə işdən çıxarıldıqdan sonra elektron poçtunun bloklanması səbəbindən çətinliklərlə üzləşib.

ABŞ Dövlət Departamentinin hazırkı və keçmiş rəsmiləri işçilərin əhəmiyyətli dərəcədə ixtisarının və bir neçə əsas departamentin tamamilə ləğvinin ölkənin milli təhlükəsizliyi üçün ciddi risklər yaratdığını bildiriblər. Belə bir vəziyyət ABŞ-nin xarici tərəfdaşlarla münasibətlərinə xələl gətirə və ölkənin diplomatik missiyalarının effektivliyini azalda bilər.

Qeyd edək ki, iyulun 11-dən Dövlət Departamenti 1300 əməkdaşın işdən çıxarılmasını nəzərdə tutan kütləvi ixtisarlara başlayıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR