ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Avropa İttifaqı və NATO liderləri ilə telefonla danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Tramp Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutteyə Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüşün nəticələri barədə məlumat verib.
"Prezident Tramp Ursula fon der Leyen, Avropa liderləri və NATO-nun baş katibi ilə telefon danışığı aparıb", - məlumatda deyilir.