Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ dövlət katibi Marko Rubio arasında danışıqlar aparılır.
Bu barədə Bakıvaxtı.az İsrail mediasına istinadən xəbər verir.
Gündəliyin əsas mövzuları Qəzzada müharibə, HƏMAS tərəfindən saxlanılan israilli girovların taleyi, həmçinin İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi zərbənin nəticələri ilə bağlıdır.
Səfər çərçivəsində Rubionun girovların ailələri ilə görüşü də planlaşdırılır. Bundan başqa, səfər proqramına İsrail Prezidenti İsxak Hersoq, xarici işlər naziri Gideon Saar və strateji məsələlər naziri Ron Dermerlə görüşlər daxildir.
Dövlət katibinin səfəri sentyabrın 16-dək davam edəcək.