Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan DÇ-2026-nın seçmə mərhələsinin IV turu çərçivəsində keçirilən Türkiyə-Gürcüstan (4:1) oyununu canlı izləyib.
Bakıvaxtı.az xəbər verir ki, o, oyundan sonra Türkiyə millisinin futbolçuları və məşqçi heyəti ilə görüşüb, onları qələbə münasibəti ilə təbrik edib.
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella prezidentə təşəkkür edib: “Sizin oyunu izləməyiniz bizə böyük güc verir”.