• Bakı 16° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Ukrayna kəşfiyyatı Moskvada rusiyalı rəsmiyə qarşı sui-qəsd hazırlayıb

DÜNYA

14 Noyabr 2025 | 10:25

Ukrayna kəşfiyyatı Moskvada rusiyalı rəsmiyə qarşı sui-qəsd hazırlayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən Moskvadakı Trekurovski qəbiristanlığında Rusiya dövlətinin yüksək vəzifəli nümayəndəsinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası FTX-yə istinadən məlumat yayıb.

FTX-nin məlumatına görə, sui-qəsdin hazırlanması üçün Ukrayna tərəfi Mərkəzi Asiya ölkələrindən olan qeyri-qanuni miqrantı və əvvəllər məhkum olunmuş, narkotik asılılığı olan iki Rusiya vətəndaşını və cinayət törədərək Ukraynaya qaçan bir şəxsi cəlb edib.

Əməliyyat zamanı messencerlərdə Ukrayna xüsusi xidmət əməkdaşı ilə yazışmalar, həmçinin güldan kimi maskalanmış, uzaqdan idarə olunan videomüşahidə kamerası aşkarlanıb.


SON XƏBƏRLƏR

13 Noyabr 2025