q
  • Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Antonelli "Formula 1" Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

İDMAN

03 May 2026 | 12:31

Antonelli Formula 1 Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi olan Mayami Qran-prisinin təsnifat mərhələsində Kimi Antonelli hamını qabaqlayaraq birinci olub.

Bakıvaxtı.az xəbər verir ki, italiyalı pilot Mersedes komandasının heyətində uğurlu çıxış edib.

Yarış Miami International Autodrome trasında baş tutub. Sıralama turunda ikinci nəticəni Max Verstappen (Red Bull Racing), üçüncü yeri isə Charles Leclerc (Ferrari) göstərib.

Bundan əvvəl keçirilən sprint yarışında isə qələbə Lando Norrisə nəsib olub. O, McLaren komandası ilə finiş xəttini birinci keçib.

Sprintdən öncə xoşagəlməz hadisə də qeydə alınıb. Audi komandasının üzvü Nico Hülkenbergin bolidində yanğın baş verdiyi üçün o, yarışa qatıla bilməyib. Eyni problem təsnifat mərhələsində onun komanda yoldaşı Gabriel Bortoletonun avtomobilində də yaşanıb.

Qran-prinin əsas yarışı mayın 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR

02 May 2026