q
  • Bakı 11° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

İranda etiraz aksiyalarının iştirakçısı edam edildi

DÜNYA

03 May 2026 | 15:28

İranda etiraz aksiyalarının iştirakçısı edam edildi

Bu gün İranda "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə edam edilib.

Bakıvaxtı.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, 28 yaşlı Mehrab Abdullazadə Urmiya şəhərinin sakini olub və 2022-ci il oktyabrın 30-da Məhsa Əmininin ölümündən sonra ölkə boyu başlayan kütləvi etirazlar fonunda həbs edilib.

İslam Respublikasının məhkəmə-ədliyyə sistemi Abdullazadəni "ölkədə iğtişaşlar yaratmaq"da təqsirli bilib. İstintaq orqanları onun Urmiyada hökumətyönlü könüllü qrupun üzvü Abbas Fatemiyyənin ölümü ilə bağlı hadisədə iştirak etdiyini iddia ediblər.

Bir gün əvvəl insan haqları fəalları Abdullazadənin təkadamlıq kameraya köçürüldüyünü və zindandan naməlum istiqamətdə aparıldığını bildirmişdilər.


SON XƏBƏRLƏR

02 May 2026