Tiflisdə Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Tiflis Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları 2001-ci il təvəllüdlü R.M.-ni odlu silah və narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə həbs ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxsin müvəqqəti yaşadığı evdə aparılan axtarış zamanı maddi sübut kimi tapançalar, döyüş patronları və daraqlar aşkarlanaraq götürülüb.
Bundan əlavə, hüquq-mühafizə orqanları tərəfindən marixuana və psixoaktiv maddə hesab edilən "bio" da müsadirə edilib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236 və 260-cı maddələri ilə aparılır. Həmin maddələr 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. /Musavat.com
Bakı 




