BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Hanna Serua Tette Liviyada gərginliyin azaldılmasına dair vasitəçilik səylərinə görə Türkiyəyə təşəkkür edib.
Bakıvaxtı.az xəbər verir ki, o, BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Tripolidə vəziyyətin hələ də gərgin olduğunu, lakin Türkiyə də daxil olmaqla beynəlxalq tərəfdaşların səyləri nəticəsində sabitliyin müəyyən dərəcədə qorunduğunu bildirib.
Tette sentyabrın 13-də əldə olunan razılaşmanın həyata keçirilməsində Türkiyənin rolunu xüsusi vurğulayıb və bu irəliləyişi alqışladığını deyib.
O, Liviya liderlərini siyasi məsuliyyət daşımağa və yol xəritəsinin icrasını sürətləndirməyə çağırıb.
Əli Hüseynov