Rusiya-Ukrayna müharibə zonasında daha bir azərbaycanlı həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, əslən Şirvan şəhərindən olan Ukrayna vətəndaşı 30 yaşlı Faiq Şofel (anasının soyadını götürüb) Dnipropetrovsk vilayətində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.
Onunla vida mərasimi oktyabrın 16-da Odessadakı “Zabitlər evin”də keçiriləcək və şəhər kənarındakı müsəlman qəbiristanlığında dəfn ediləcək.