"Amazon" Nyu-Yorkdakı korporativ ofislərində ümumi yenidən qurulma çərçivəsində təxminən 700 əməkdaşını ixtisar edib.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, 9 müxtəlif ofisdə 660-dan çox işçi işini itirəcək.
Şirkət işdən çıxarılan əməkdaşlara 90 günlük bildiriş, kompensasiya paketi və karyera dəstəyi təqdim edəcəyini açıqlayıb.
"Amazon"dan bildirilib ki, heç bir ofis bağlanmayacaq. Qeyd ediblər ki, dəyişikliklər yalnız korporativ vəzifələrə aiddir.
Əli Hüseynov
Bakı 



