• Bakı C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Kamboca-Tailand sərhədi bağlandı

DÜNYA

14 Dekabr 2025 | 00:22

Kamboca-Tailand sərhədi bağlandı

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid məntəqələrini bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik qərarın "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiyi son hadisələr fonunda" qəbul edildiyini bildirib. Məhdudiyyət dekabrın 13-dən qüvvəyə minib və qeyri-müəyyən müddətə davam edəcək.

Qeyd olunur ki, ötən həftəsonu Tailand və Kambocanın sərhəd bölgələrində döyüşlər yenidən başlayıb. Son məlumatlara görə, Tailand tərəfi sərhəddəki qarşıdurmalar zamanı 14 hərbçisini itirib və 120-dən çox şəxsi yaralanıb. Kamboca hakimiyyəti isə 11 nəfərin öldüyünü və 74 nəfərin yaralandığını açıqlayıb.

Döyüşlər səbəbindən Taylandın sərhəd əyalətlərində təxminən 400.000 sakin təxliyə olunub, Kambocada isə 300.000-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb


SON XƏBƏRLƏR

13 Dekabr 2025