• Bakı 21° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Çində qızıldan loqotipi olan BYD satışa çıxarıldı

DÜNYA

15 Sentyabr 2025 | 09:59

Çində qızıldan loqotipi olan BYD satışa çıxarıldı

Çində yeni "BYD Yangwang U8L" flaqman krossoveri təqdim edilib.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, avtomobilin qiyməti 1.28 milyon yuandır (təqribən 306 min manat - red.).

Yeni U8L-in uzunluğu 5 400 mm, eni 2 049 mm, hündürlüyü isə 1 921 mm-dir. Təkər bazası 3 250 mm təşkil edir.

Avtomobildə dar faralar və matris radiator barmaqlığı var. Yolsuzluq avtomobili "Oracle" loqotipi ilə təchiz edilib. O, xalis 24 karat qızıldan hazırlanıb.

Qeyd olunur ki, avtomobil 1 180 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə təmin olunub.


SON XƏBƏRLƏR

14 Sentyabr 2025