İsrailin bu gün Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsini açacağı bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, qərar HƏMAS-ın gecə saatlarında Qəzzada saxlanılan dörd israilli məhbusun cəsədini təhvil verməsindən sonra verilib.
KAN-ın məlumatına görə, hökumət HƏMAS-a qarşı tətbiq etdiyi sanksiyaları da ləğv edib.
Razılaşmaya əsasən, sərhədin açılması ilə humanitar yardımların Qəzzaya daxil olması davam edəcək.
HƏMAS-ın yaxın saatlarda daha bir neçə məhbusun cəsədini təhvil verəcəyi gözlənilir.
Əli Hüseynov