Ukrayna vətəndaşı olan Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Vladimir Zelenskidən onu Rusiya ilə məhbus mübadiləsinə cəlb etməyi xahiş edib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Mixail Saakaşvili “Facebook” sosial şəbəkəsində paylaşdığı mesajda Vladimir Zelenskidən onu müvafiq hüquqi nəticələri olan bu müharibənin mülki əsirləri siyahısına daxil etməyi xahiş edərək, Gürcüstanda rusiyapərəst rejim tərəfindən qanunsuz olaraq həbs edildiyini iddia edib .
Məlumat üçün bildirək ki, Gürcüstanın 2004-2013-cü illərdə hakimiyyətdə olmuş keçmiş qərbyönlü lideri M.Saakaşvili 2015-ci ildə Ukrayna pasportunu təxminən il yarım Odessa vilayətinin qubernatoru işləyərkən alıb.
Qeyd edək ki, ötən həftə prokurorlar M.Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edib. Bu ittiham onun dəmir barmaqlıqlar arxasında qalmasını uzada bilər.
Aydın Baxış
Bakı 



