• Bakı 10° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə toplaşır

DÜNYA

15 Oktyabr 2025 | 08:48

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə toplaşır

Bu gün Brüsseldə Avropa İttifaqı və NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, toplantının əsas müzakirə mövzusu Ukraynaya silah tədarükü məsələsi olacaq.

NATO-nun Baş katibi Mark Rutte oktyabrın 13-də Lyublyanada keçirilən təşkilatın Parlament Assambleyasında çıxışı zamanı bildirib ki, Brüsseldə keçiriləcək iclasda Avropada silah istehsalının artırılması, xüsusilə pilotsuz uçuş aparatları, döyüş sursatları, uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsi planları diqqət mərkəzində olacaq.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin daha əvvəl verdiyi məlumata görə, görüş zamanı Avropa ölkələrinin “ABŞ-ın Kiyev üçün əsas silah sifarişlərini” elan etməsi gözlənilir.


SON XƏBƏRLƏR

06 Dekabr 2025