• Bakı 20° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

“Yuyunmağı sınamısınız?” - Zaxarovadan Makrona

DÜNYA

14 Noyabr 2025 | 00:14 | Müəllif: Subhan Mahmudov

“Yuyunmağı sınamısınız?” - Zaxarovadan Makrona

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Fransada çarpayı taxtabitilərinin Rusiyanın yaydığı iddiasına kəskin reaksiya göstərib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, Zaxarova rəsmi teleqram kanalında yayımladığı açıqlamada Fransanın dövlət qurumlarının ziddiyyətli mövqelərinə diqqət çəkib.

O xatırladıb ki, əvvəlcə Fransanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandon ölkədəki taxtabiti istilasında Rusiyanı günahlandırmış, daha sonra isə Makron bu hadisəni Moskvanın yaydığı "feyk xəbər" adlandırmışdı.

"Belə olan halda sual yaranır: Rusiya Fransada taxtabitilərinin olmasında günahkardır, yoxsa olmamağında? Yuyunmağı sınamısınız? Bu, həm bədən parazitlərinə, həm də nevrozlara yaxşı təsir edir", - deyə o söyləyib.

Qeyd edək ki, ölkədə taxtabitilərinin geniş yayılması 2024-cü ilin payızında kütləvi şəkildə qeydə alınmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026