ABŞ Prezidenti Donald Tramp bildirib ki, övladlarının hər biri gələcəkdə ölkə başçısı olmaq potensialına malikdir.
Bakıvaxtı.az xəbər verir ki, o, bunu “Fox News” telekanalına müsahibəsində deyib.
Jurnalistin “Hansını ABŞ-nin gələcək prezidenti kimi görürsünüz?” sualına cavab olaraq Tramp belə deyib:
“Bir mənada, onların hər biri prezident ola bilər”.
Qeyd edək ki, Trampın beş övladı var. Onun böyük qızı İvanka Tramp Prezidentin ilk müddətində Ağ Evdə müşavir kimi çalışsa da, daha sonra siyasətdən uzaqlaşıb. Oğulları – kiçik Donald Tramp və Erik Tramp isə hazırkı prezidentlik yarışında atalarına aktiv dəstək verirlər. Digər övladı Tiffani dəfələrlə atasının kampaniyasında çıxış edib. Ən kiçik oğlu Barron Tramp isə hazırda Nyu-York Universitetində təhsil alır.
Bakı 



