• Bakı 16° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Kiyevdə 500 mobil sığınacaq quraşdırılacaq

DÜNYA

15 Oktyabr 2025 | 00:12

Kiyevdə 500 mobil sığınacaq quraşdırılacaq

Kiyevdə 500 mobil sığınacağın qurulması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

Kiyev Şəhər Şurası sonuncu sessiyasında bu məqsədlə şəhər büdcəsindən vəsait ayırıb. Rayon dövlət idarələri bu tədbirlərin həyata keçirilməsinə cavabdeh olacaq və yerləri müəyyən edəcək.

"Bu sığınacaqlara olan tələblər, nəhayət, dövlət səviyyəsində, qanunvericilik normaları ilə dəqiq müəyyən edilib. Sığınacaq sisteminin genişləndirilməsi prioritet məsələdir, ona görə də şəhər bu məqsədlə son illərdə 7 milyard qrivnadan çox, o cümlədən bu il 4 milyard qrivna ayırıb”, - deyə Kliçko əlavə edib.

Kiyev meri vurğulayıb ki, sistematik olaraq əsaslı təmir, yenidənqurma və sığınacaqların sayını artırmaq proqramı həyata keçirilir.

“Metro və ya daimi sığınacaq olmayan ərazilər var. Bunlar, ilk növbədə, şəhər mərkəzindən uzaqda, xüsusən də sol sahildə yerləşən yaşayış sahələridir. Daimi sığınacaqların yerləşdirilməsi mümkün olmayan yerlərdə səyyar sığınacaqlara ehtiyac var”, - deyə Kliçko bildirib.


SON XƏBƏRLƏR

14 Oktyabr 2025